Bu ölkədə devalvasiya oldu – Valyutaları daha da ucuzlaşdı

11:12 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Ağır iqtisadi durumda olan Livan yerli valyutasını devalvasiya edib.

ABC.AZ xəbər verir ki, devalvasiya - Livan hökuməti və Beynəlxalq Valyuta Fondu arasında ölkəyə 3 milyard dollar maliyyə yardımı göstərilməsi haqqında sazişin tərkib hissəsi olub. Yəni ölkəyə pul o şərtlə ayrılıb ki, yerli valyuta devalvasiya edilsin.

Livan Mərkəzi Bankının rəhbəri Riad Salameh milli valyutanın yeni məzənnəsini açıqlayıb. Fevralın 1-dən Livan valyutasının yeni rəsmi məzənnəsi 1 ABŞ dolları üçün 15 min Livan funt-sterlinqinə bərabər olacaq ki, bu da ölkə valyutasının 25 ilə yaxındır dəyişməz qalan rəsmi məzənnəsi (1 ABŞ dolları 1507 Livan funt) ilə müqayisədə 90% devalvasiyası deməkdir.

Devalvasiya bir ölkənin pul vahidinin digər dövlətlərin sərt valyutalarına nisbətdə dəyər itirməsidir. Başqa sözlə, pul daha az başqa valyuta ala bildiyi üçün dəyərdən düşür.

Bütün xəbərlər