Azərbaycanda daha bir qurumda maaşlar artırıldı – 1760 manat oldu

11:21 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Nazirlər Kabinetinin qərarı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.

ABC.AZ xəbər verir ki, qərara əsasən maaşlar orta hesabla 15% artırılıb. 

Nəticədə İşçi qrupunun rəhbərinin əmək haqqı 1530 manatdan 1760 manata, İşçi qrupunun rəhbərinin müavininin əmək haqqı 1068 manatdan 1228 manata, Baş məsləhətçinin maaşı 774 manatdan 890 manata, böyük məsləhətçinin əmək haqqı isə 690 manatdan 794 manata qaldırılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər