Bakının daha bir ünvanında 2 mərtəbəli bina sökülür

11:45 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Bakının Xətai rayonu ərazisində 1905-ci ildə inşa edilmiş 2 mərtəbəli binanın söküntüsünə başlanılacaq.

ABC.AZ “Baku.ws”ə istinadən xəbər verir ki, Xətai rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söhbət 8 Noyabr prospekti 80 ünvanındakı yataqxanadan gedir.

Belə ki, 17 ailənin yaşadığı sakinlərə söküləcək evləri müqabilində 1500 AZN kompensasiya təklif olunub. Yataqxananın söküntüsü başa çatdıqdan sonra yerində heç bir bina inşa edilməyəcək. Binanın yerləşdiyi ərazi Ağ Şəhər layihəsinin iqtisadi zonasıdır.

Qeyd edək ki, söküntü işləri aparılacaq bina kəskin qəzalı vəziyyətdədir. Ötən il binanın bir neçə mənzilində tavanlar söküldüyü üçün onlar başqa yerə köçürülmüşdü.

Bütün xəbərlər