Bu zavod məhkəməyə verildi

12:01 - 2.02.2023


2 fevral, Fineko/abc.az. “Qubaekoaqrar” MMC-yə gömrük qaydaları əleyhinə olan ( Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə görə  Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin 30  faizindən 60 faizinədək məbləğdə cərimə edilir.

İşə Quba  Rayon Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.

Bütün xəbərlər