Azərbaycanda kredit faizləri arta bilər

12:16 - 2.02.2023


2 fevral, Fineko/abc.az. Azərbaycanda kredit faizləri yenidən arta bilər.

ABC.AZ xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov bildirib.

O, bildirib ki, Mərkəzi Bank özünün metodologiyasında bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir.

“Deməli, depozit faizlərinin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq. Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır - 20.43 faiz. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir", - deyə V.Bayramov bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər