Bal haqqında maraqlı faktlar

14.06.2018,14:58


14 iyun, Fineko/abc.az. 100 qram bal istehsalı üçün arılar nə az nə çox, tam 46000 km məsafə qət etməlidirlər. Müqayisə üçün deyək ki, bu məsafə ekvatorun uzunluğundan belə çoxdur. 

Bal istehsalı üçün toplanan nektar, arı üçün geri dönərkən bir növ yanacaq rolu oynayır. Belə ki, uzaq məsafələrdən dönərkən arı topladığı nektarın yalnız 30%-ni gətirə, qalan 70 %-i isə tələbatları üçün sərf edə bilər.

“Bal” sözü yəhudi əsaslı sözdür. Hərfi tərcümədə “sehirli” və ya “ sehrlənmiş” mənalarını verir. Balın tərkibi fruktoza ilə zəngindir.

Fruktoza alkoqolu orqanizmdən xaric etmək xüsusiyyətinə malikdir. Əgər öncəki gecə çox alkoqol qəbul edib, ertəsi səhər baş ağrısı ilə oyansanız ballı çay sizə kömək edə bilər.

İstilik balın keyfiyyətini azaldır. 50 dərəcədən yuxarı temperatur isə bütün yararlı xüsusiyyətlərinin itməsinə səbəb olur.

“Bal ayı”nın tarixi qədim zamanlardan mövcuddur. Qədim dövrlərdə yeni evlənənlər 1 ay boyunca mütləq bal yeməli və ballı içkilər qəbul etməli idilər.

1985-ci ildə Peru gömrükçüləri Ekvadordan gələn böyük həcmdə bal kolonyasını saxlayırlar. Buna səbəb balın içində kokainin olması idi. Sonradan məlum oldu ki, narkotik maddə ora mexaniki yolla əlavə edilməyib. Təhlükəli tərkibə malik balı əldə etmək üçün arıları kokain plantasiyalarına buraxıblarmış.

 Dünyada ən bahalı bal Türkiyədə istehsal olunan “Elf” balıdır. Onun 1 kq-nın qiyməti 5000 avrodur. Bu bal Artvin yaxınlığında yerləşən Sarıkair vadisində istehsal olunur. İlk satış ilində- 2009-cu ildə bu balın 1 kq-ı Fransaya 45000 avroya , bir il sonra isə Çinə 28 000 avroya satılmışdır.

Bal həmçinin güclü və bahalı konservantdır və qədim zamanlardan insanlara məlum idi. Belə ki, Aleksandr Makedonski yürüyüş vaxtı vəfat edir və onun cəsədini uzun yolda daşıya bilmək üçün bala batırmışdılar. Bu şəkildə cəsəd heç bir dəyişikliyə məruz qalmadan Makedoniyaya çatdırılmışdı.

Maraqlıdır ki, bütün digər qida maddələrindən fərqli olaraq bal kiflənmir. Hətta məqsədli olaraq kif göbələklərini daxil etdikdə belə tezliklə məhv olurlar.

Balın saxta formaları çox satılır. Əsl balı ayırd edə bilməyin qədim və asan üsulu müvcuddur. Kibrit çöpünü bala batırın və sonra yandırın. Əgər bal təbiidirsə kibrit yanacaq, deyilsə bal əriyib axacaq.

 

Açar sözlər: bal