Azərbaycanda ipoteka kreditləri üzrə dərəcələr azaldıla bilər

14.06.2018,15:07


14 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ipoteka kreditləri üzrə dərəcələrin azaldılması imkanını açıqlayıb.

AMB-in İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, ipoteka kreditləri üzrə dərəcələrin azaldılması iqtisadi proseslərdən asılıdır.

“Bank hazırda bu istiqamətdə tədbirlər görür”, - E.Rüstəmov belə deyib.

 

Açar sözlər: AMB ipoteka