SOCAR ilə TPAO arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb

11:00 - 3.02.2023


3 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf fevralın 2-də “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi vurğulanıb, birgə icra edilən layihələrin hər iki ölkənin davamlı iqtisadi tərəqqisinə, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib.

Sonda SOCAR ilə TPAO arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.

Bütün xəbərlər