Özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib

16:03 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

“Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib”, - deyə məlumatda bildirilir.

Məlumatda deyilir ki, komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

 

Bütün xəbərlər