“Apple”in pullu xidmətlərinin auditoriyası 935 milyon nəfərə çatdı

11:05 - 6.02.2023


6 fevral, Fineko/abc.az. “Apple” pullu xidmətlərinin auditoriyasının 935 milyon nəfərə çatdığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, ödənişlər “iCloud”, “Apple Music”, “Apple TV+”, “Apple Arcade”, “Apple News+”, “Apple Fitness+”, “Apple One” və “Apple Pay” abunəçiləri tərəfindən həyata keçirilir.

“Apple” həmçinin qeyd edib ki, il ərzində “App Store” abunəçilərinin artımı on faiz təşkil edib.

Bütün xəbərlər