“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

16:33 - 14.06.2018


14 iyun, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC gücləndirilmiş iş rejiminə keçir.

ASC-in məlumatında deyilir ki, “Azərsu” iyunun 15-dən iyunun 19-da qədər davam edəcək istirahət günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

“Yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər