İlon Mask Türkiyəyə yardım təklif edib

11:34 - 6.02.2023


6 fevral, Fineko/abc.az. İlon Mask Türkiyədə fevralın 6-sı səhər saatlarında baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə yardımını təklif edib.

ABC.AZ xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə özünün “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə biləcəklərini qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ ümumilikdə 10 şəhərdə hiss olunub. İndiyə qədər 76 nəfər həyatını itirib, azı, 440 yaralı var.

Bütün xəbərlər