"Sika" MMC məhkəməyə verildi

12:24 - 6 Fevral 2023


6 fevral, Fineko/abc.az. "Sika" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Sumqayıt Şəhər Məhkəməsində baxılır. İddia  hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılacaq.