Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi edilib

15:34 - 6.02.2023


6 fevral, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

ABC.AZ Unikal-a istinadən xəbər verir ki, nazir Muxtar Babayevin əmrinə əsasən, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov vəzifəsindən azad edilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin icrası Cabbar Qəribova həvalə olunub.

Bütün xəbərlər