"BakıKART" istifadəçilərinə müraciət etdi – Bunu mütləq edin!

16:02 - 6.02.2023


6 fevral, Fineko/abc.az. "BakıKART" ödəniş sistemində əlavə funksionallığın tətbiq edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a bildirilib ki, bu çərçivədə artıq "BakıKART" balansının onlayn artırılması yenilənmiş www.bakikart.az saytı vasitəsilə həyata keçirilir.

Bunun üçün istifadəçilərdən "QEYDİYYAT" bölməsinə daxil olub qeydiyyatdan keçmələrini xahiş edirik. Online.bakikart.az saytında hesabları olan istifadəçilərin də həmçinin qeyd olunan qaydada qeydiyyatdan keçmələri xahiş olunur.

Yenilənmiş portal vasitəsilə BakıKart portalında olan elektron pul kisəsinə yükləmə, BakıKart kartlarının balansının artırılması, yükləmələrin tarixçəsinin izlənilməsi kimi funksiyalar təmin edilib.

Bütün xəbərlər