Naxçıvanda biznes mühiti təkmilləşdiriləcək – Məsələ müzakirə edilib

14:24 - 7.02.2023


7 fevral, Fineko/abc.az. Naxçıvanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək müzakirə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O vurğulayıb ki, həmkarlarla birlikdə tarixi diyarımız olan Naxçıvanda səfərdəyik: "Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə regionun iqtisadi potensialı, biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlara dəstək barədə fikirlərimizi bölüşdük".

Bütün xəbərlər