Şirkətlər öz reklamlarını daha çox bu platformada yerləşdirmək istəyirlər

17:06 - 7.02.2023


7 fevral, Fineko/abc.az. Son illər dünyada reklamların daha çox sosial mediada yerləşdirilməsi müşahidə edilir. Monitorinqlər göstərir ki, vətəndaşların əhəmiyyətli hissəsi informasiyanı sosial şəbəkələr vasitəsilə almağa üstünlük verir. Nəticə etibarı ilə auditoriya genişləndiyi üçün şirkətlər də öz reklamlarını sosial şəbəkələrdə yerləşdirməkdə maraqlıdırlar.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu vəziyyət bütün dünya ölkələrində müşahidə olunur.

“Yəni bütün dünyada sosial şəbəkələrin reklam payı daha çoxdur. Oxşar tendensiya Azərbaycanda da müşahidə olunur. Azərbaycanda televiziya və radioların illik reklam gəlirləri 43 milyon manatdan bir qədər artıqdır. Bu məbləğin təxminən 36 milyon manatı televiziyaların payına düşür. Yazılı mediada reklam həcmi isə kifayət qədər azdır”, - deyə V.Bayramov qeyd edib.

Bütün xəbərlər