Azərbaycan Banklar Assosiasiyası by şəbəkəyə qoşuldu

10:47 - 8.02.2023


8 fevral, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası (ABA) Dayanıqlı bankçılıq və maliyyə şəbəkəsinə (SBFN) qoşulub.

ABC.AZ bu barədə SBFN-ə istinadən xəbər verir.

SBFN-in məlumatına əsasən, Azərbaycan Banklar Assosiasiyası üzvləri ölkənin 25 bankı, iki qeyri-bank kredit təşkilatı, iki proses mərkəzi və Azərbaycan kredit bürosundan ibarətdir.

Assosiasiya ABA-nın missiyasının bank qanunvericiliyini təkmilləşdirmək, beynəlxalq əlaqələri tənzimləmək və effektiv bank infrastrukturu yaratmaqla Azərbaycanda bank sektorunun dayanıqlı inkişafını və iqtisadi inkişafı dəstəkləməkdən ibarət olduğunu vurğulayıb.

Bütün xəbərlər