Türkiyədə ölənlər artdı - Say 6234-ə çatdı

11:10 - 8.02.2023


8 fevral, Fineko/abc.az. Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234-ə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. 

Bütün xəbərlər