Hindistan Mərkəzi Bankı faiz dərəcəsini artırdı

12:32 - 8.02.2023


8 fevral, Fineko/abc.az. Hindistan Mərkəzi Bankının Pul Siyasəti Komitəsi əsas faiz dərəcəsini 0,25 faiz bəndi artıraraq 6,5%-ə çatdırıb.

ABC.AZ xəbər verir ki. bu barədə çərşənbə günü Hindistan Mərkəzi Bankının rəhbəri Şaktikanta Das Mumbayda YouTube-da canlı yayımlanan çıxışı zamanı bildirib.

Makroiqtisadi vəziyyətin və onun perspektivlərinin qiymətləndirilməsi əsasında komitə repo dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 6,5%-ə çatdırılması barədə qərar qəbul edib. Dasın sözlərinə görə, Mərkəzi Bankın komitəsinin altı üzvündən dördü faiz artımının lehinə səs verib.

Hindistan Mərkəzi Bankı ölkədə inflyasiyanın qarşısını almaq və istehlak qiymətlərinin artım tempini məhdudlaşdırmaq məqsədilə ardıcıl altıncı dəfə əsas faiz dərəcəsini artırıb.

Bütün xəbərlər