Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qaydası hazırlanacaq - Fərman

14:39 - 8.02.2023


8 fevral, Fineko/abc.az. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydası hazırlanacaq.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Elektroenergetika haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qaydasını dörd ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda Nazirlər Kabineti tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydasını dörd ay müddətində təsdiq etsin və bu barədə  Prezidentə məlumat verməlidir.

Bütün xəbərlər