Ərzaq məhsullarının dəyəri bu qədər artıb

16:05 - 8.02.2023


8 fevral, Fineko/abc.az. 2022-ci ildə ticarət dövriyyəsinin həcmi 2021-ci il ilə müqayisədə 5 faiz artaraq 30 819.1 milyon manat olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki,  bu barədə Bakı Şəhər Statistika İdarəsi  bildirir.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki il ilə müqayisədə 16.9 faiz artaraq 18 698.1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 9 faiz azalaraq 12 121 milyon manata bərabər olub.

İstehlak məhsullarının 32.5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52.3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15.2 faizi isə paytaxtın bazar və yarmarkalarında satılıb.

Bütün xəbərlər