Western Union gəlirlərinin 12 faizini itirib - SƏBƏB

10:37 - 9 Fevral 2023


9 fevral, Fineko/abc.az. “Western Union” Rusiya və Belarusu tərk etdikdən sonra gəlirlərinin 12%-ni itirib.

ABC.AZ xəbər verir ki, bu gal ödəniş sistemi olan “Western Union”un 2022-ci ildə Rusiya və Belarusu tərk etdikdən sonra yaranıb.

Şirkətin maliyyə hesabatından görünür ki, ümumilikdə şirkətin gəliri 4,5 milyard dollar təşkil edib.

"Rusiya və Belarusda fəaliyyətin dayandırılması gəlirlərə mənfi təsir göstərib".

Hesabata görə, yalnız dördüncü rübdə şirkətin gəlirləri yalnız Rusiya və Belarus bazarlarından çəkilmə hesabına təxminən 2% azalıb.

Gəlirlərin azalmasına səbəb olan digər amil (daha 1%) Argentinada inflyasiya olub” deyə hesabatda qeyd edilib.

Müəllif: Elmir Murad