Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunda iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

21:37 - 14.06.2018


14 iyun,Fineko/abc.az. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatır.

Lakin elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən təsdiq edə bilən abituriyentlər 20 iyun saat 10:00-dək ərizələrinitəsdiq edə bilərlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

 

Bütün xəbərlər