Türkiyəyə ən çox xilasedici göndərən Azərbaycandır – İkinci yerdə İsrail

17:31 - 9.02.2023


9 fevral, Fineko/abc.az. Türkiyədəki zəlzələrlə bağlı qardaş ölkəyə həm xilasedicilər, həm də digər yardımlar göndərilməkdə davam edir.

ABC.AZ xəbər verir ki, “Anadolu” agentliyi Türkiyəyə xilasetmə qrupları göndərən ölkələrin siyahısını açıqlayıb.

Siyahıda ilk pillədə Türkiyəyə 725 personal göndərən Azərbaycan yer alıb. Bununla yanaşı, Türkiyəyə ən çox personal göndərən ölkələr sırasında İsrail (450), Fransa (204), Rusiya (150) və digər ölkələr var.

Müəllif: Elmir Murad


Bütün xəbərlər