Hesab.az-dan bayram təbriki və ikiqat bonus!

09:33 - 15.06.2018


15 iyun,Fineko/abc.az. Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az istifadəçilərini sevindirməyə davam edir.

Hesab.az – da Ramazan fürsətləri bitmək bilmir. Ramazan ayında edilən İmsak kapmaniyasına olan marağı nəzərə alaraq Hesab.az daha bir kampaniya ilə sizlərə bayram həftəsində həm ödənişlərinizi etməyə, həm də İKİQAT bonus qazanmağa imkan verir . Beləliklə istifadəçilər 15-20 İyun tarixlərində günün istənilən vaxtı  Hesab.az platformasında ödədikləri kommunal ödənişlərinə görə ikiqat bonus qazana biləcəklər. Eyni zamanda Hesab.az-ın  təqdim etdiyi yeniliyə əsasən siz artıq dövlət ödənişlərinizi ödəyə və qazandığınız bonusları “Dərhal Dəyiş” bölməsində müxtəlif hədiyyələrə dəyişə bilərsiniz .

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur.

 

Bütün xəbərlər