Azərbaycanda nazirliyin şirkəti ardcıl olaraq 2 ildir zərər edir - Hesabat

11:12 - 13.02.2023


13 fevral, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azəryaşlandşaft” Açıq Səhmdar Cəmiyyəti (ASC) hesabat açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabatda şirkətin son 2 ildə 30 milyon manata yaxın zərər etdiyi məlum olub.

Hesabata əsasən, 2021-ci ildə şirkətin cəmi gəlirləri 6 milyon 426 min manat təşkil edib.

2020-ci illə müqayisədə şirkətin əməliyyat gəlirləri 3,3 milyon manat və ya 34% azalıb.

Xatırladaq ki, 2020-ci ildə şirkətin gəlirləri 9 milyon 735 min manat olmuşdu.

Qeyd edək ki, 2021-ci ildə şirkətin xərcləri isə 10 milyon 87 min manat təşki l edib. Bu 2020-ci illə müqayisədə 1 milyon 189 min manat artıqdır.

Nəticədə şirkət 2021-ci ili 3 milyon 661 min manat xalis zərərlə tamamlayıb.

2020-ci ildə isə şirkətin özü gəlirlə işləsə də asılı müəssisələrin zərərinə görə, ili 23 milyon 620 min manat zərərlə bitirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər