Türkiyə və Suriyada zəlzələdən ölənlərin sayı 2 dəfə arta bilər

11:57 - 13.02.2023


13 fevral, Fineko/abc.az. BMT baş katibinin humanitar məsələr üzrə müavini Martin Qriffits bildirib ki, Türkiyə və Suriyada zəlzələdən ölənlərin sayı indiki göstərici ilə müqayisədə 2 dəfə arta bilər.

ABC.AZ xəbər verir ki, bu açıqlama veriləndə ölənlərin sayı 28 min nəfər idi. Hazırda Türkiyədə ölənlərin say 29,6 min nəfər, Suriyada isə 8,5 min nəfərdir.

Qriffitsin sözlərinə görə, hazırki vəziyyəti qiymətləndirmək hələ çətindir. Çünki dağıntıları tamamilə aradan qaldırmaq və onların altında qalanların sayın dəqiqləşdirmək lazımdır.

“Amma mən əminəm ki, ölənlərin sayı 2 və ya 3 dəfə arta bilər, bu dəhşətdir”-deyə baş katibin müavini bildirib.

Bütün xəbərlər