Tibbi arayışlar niyə bahadır? - VİDEO

15:52 - 13.02.2023


13 fevral, Fineko/abc.az. Səhiyyə müəssisələri tərəfindən verilən tibbi arayışın rüsumu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Arayış üçün tələb olunan məbləğin, yəni 40 manatın kifayət qədər yüksək olduğu deyilir.

ABC.AZ xəbər verir ki, hətta bununla bağlı "Xəbər Ertəsi"nin qaynar xəttinə də müraciətlər edilib.

Sorğu apardığımız vətəndaşların bir çoxunun fikrincə, sözügedən rüsum azaldılmalıdır.

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirir ki, tibbi arayışda göstərilən müayinələr icbari tibbi sığortanın xidmətlər zərfinə aid deyil və yalnız bəzi hallarda bu sənəd vətəndaşlara ödənişsiz verilir.

Millət vəkili Müşfiq Məmmədli də deyir ki, tibbi arayış sığorta hadisəsi hesab olunmadığı üçün vətəndaş tərəfindən qarşılanır. Bu arayışın məbləği isə qanunvericilikdə əksini tapmayıb.

Bütün xəbərlər