Seysmik xəritə nə vaxt yenilənəcək?

15:35 - 15.02.2023


15 fevral, Fineko/abc.az. Respublika üzrə seysmik xəritənin yenilənməsi üçün minimum 4 il lazımdır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, bunun üçün bütün respublika ərazisində tədqiqat aparmaq, dəqiqləşdirmələr etmək lazımdır:

“Seysmik rayonlaşdırma xəritəsində hansı ərazilərin 8-9 ballıq olması əks etdiriləcək. Xəritənin hazırlanması üçün Nazirlər Kabinetinə müraciət ediləcək”.

Qurban Yetirmişli qeyd edib ki, axırıncı ümumi seysmik rayonlaşdırma xəritəsi 1978-ci ildə hazırlanıb:

“Spitakda baş verən güclü zəlzələdən sonra 1991-ci ildə ümumi seysmik xəritədə avtomatik olaraq seysmik ballar rayonlar üzrə bir bal artırıldı. İndi həmin xəritəni təkmilləşdirmək üçün tədqiqatlar aparmaq lazımdır”.

Bütün xəbərlər