Bakı rusiyalıların noyabr bayramlarında səyahəti üçün populyar MDB şəhərlərinin ilk beşliyindədir

14:30 - 25.10.2017


Rusiyanın yaşayış məkanlarının sifarişi ilə məşğul olan Tvil.ru saytı, Rusiya turistlərinin noyabrda qeyd edilən bayramlara MDB və yaxın xaricin yola düşəcəkləri şəhərləri müəyyən edib.

Reytinq, 2017-ci il noyabr ayının 3-dən 7-nə qədər yaşama üçün mehmanxanaların, mənzillərin və qonaq evlərinin bronları və sorğuları əsasında tərtib edilib.

4 noyabr tarixi Rusiyada Xalq birliyi günü kimi qeyd edilir, buna görə də rusiyalıları, noyabrın 4-dən 6-na qədər üç istirahət günü gözləyir.

Rusiya turistlərinin noyabrın ilk on günündə səyahət edəcəyi poluyar şəhərlər Minsk, Astana, Bakı, Tbilisi və Yerevandır.

Tvil.ru saytının məlumatına əsasən, Azərbaycanın paytaxtına Rusiya turistləri noyabr bayramlarında ortalama 3,5 günlüyə yollanacaqlar və yaşama üçün sutkada 2,9 min rubl (50 dollar) xərcləyəcəklər.

Müqayisə üçün, Rusiya turistləri Minsk şəhərinə -  2,5 günlük (3 min rubl), Tbilisiyə 4 günlük (sutkada 2,5 min rubl), Astanaya isə 2 günlük (3,5 min rubl) səyahət edəcəklər.

Tvil.ru - mehmanxanalar, mənzillər və qonaq evlərinin onlayn-sifariş verilməsi üzrə aparıcı Rusiya saytıdır. Ayda 2 milyondan artıq insan Tvil.ru saytına daxil olur və istirahət və səyahət üçün  50 min evdən birini seçir.

 

Bütün xəbərlər