Fuad Muradov gürcü ziyalılarla görüşüb

16.06.2018,17:05


16 iyun, Fineko/abc.az. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri xüsusi müzakirə mövzusu olub. Vurğulanıb ki, Azərbaycan ilə Gürcüstan arasında 100-dən çox saziş, müqavilə və digər sənədlər imzalanıb. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza yaradır.

Komitə sədri ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən söz açıb, Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini xüsusi qeyd edib. F.Muradov bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan strateji tərərəfdaşdırlar. Gürcüstanda xeyli sayda Azərbaycan şirkətləri fəaliyyət göstərir. Onlar Gürcüstan iqtisadiyyatına sərmayələr yatırır, bu ölkənin iqtisadi inkişafına töhfə verir. SOCAR-ın çoxşaxəli fəaliyyəti buna misaldır. Əməkdaşlığımızı daha da möhkləndirmək və inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Görüşün əsas məqsədi də gürcü ziyalılarla görüşüb, bu məsələdə onların fikirlərini öyrənməkdir.

Politoloqlar Mamuka Araşidze, Simon Kopadze, Tengiz Txilava, “apsyn.ge” saytının redaktoru Qoça Qvaramiya, tarixçi alim Quram Marxuliya və başqaları çıxış edərək fikirlərini bildiriblər.

Müzakirələrdə Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası, tolerantlıq, informasiya mübadiləsi, siyasətçilərin, tələbələrin, məsəniyyət və incəsənət adamlarının qarşılıq səfərlərinin, birgə mədəni-kütləvi tədbirlərin təşkili və s. məsələlər barədə təkliflər səsləndirilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı sədiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.

 

Açar sözlər: Fuad Muradov