Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

11:50 - 17.02.2023


17 fevral, Fineko/abc.az. Bank hesablarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

ABC.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat verib.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini K.Nəsibovun bank hesabından 470 manatını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini Əliyar Əhmədov müəyyən olunaraq saxlanılıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bakı şəhər sakini M.Adıgözəlovanın bank hesabından 108 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Amir Muradov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər