“Asan İmza” və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Şərq tərəfdaşlığı ölkələrinin 4-cü biznes formunda təqdim olunacaq

14:50 - 25.10.2017


26-27 oktyabr 2017-ci ildə Tallində (Estoniya) “Rəqəmsal iqtisadiyyat: sərhədsiz şəffaf biznes üçün innovativ platforma” adlı Şərq tərəfdaşlığı ölkələrinin 4-cü biznes-forumu keçiriləcək. Tədbir Estoniya Respublikasının Prezidenti Kerst Kalyulaydın himayəsi altında baş tutacaq. Avropa İttifaqının Genişlənmə ilə bağlı qonşuluq və danışıqların Avropa siyasəti məsələləri üzrə Komissarı Johannes Khan və yüksək səviyyəli digər məruzəçilər forumda iştirak edəcəklərini təsdiqləyiblər.

Artıq ənənəyə çevrilmiş və Avropa İttifaqı Sammitinin tədbiri ilə paralel olaraq keçirilən biznes-forum Estoniyanın Avropa İttifaqındakı Şərq tərəfdaşlığının Estoniya Mərkəzi və Enterprise Estonia nümayəndəliyi çərçivəsində təşkil edilmişdir. Forumun əsas məqsədi beynəlxalq iqtisadi əlaqələrin möhkəmləndirilməsi, şəffaflığın, yeni biznes-imkanların təmin edilməsi, eləcə də Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsindən ibarətdir. Bu ilki forumun əsas mövzusu rəqəmsal cəmiyyət və innovasiyalardır. Şərq tərəfdaşlığı və Avropa İttifaqı iştirakçı ölkələrinin nümayəndələri elektron idarə etmə və iqtisadiyyat; transsərhəd ticarət, logistika və internet-ticarət; beynəlxalq biznes və innovasiyaların maliyyələşdirilməsi; innovativ texnologiyalar və üfüqi rəqəmsallaşdırma kimi məsələlərin reallaşdırılmasında təcrübələri ilə paylaşacaqlar.

Məruzələrdən biri “B.EST Solutions” Azərbaycan şirkətinin və Mobil ID layihəsi Konsorsiumunun rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim ediləcəkdir. O, auditoriyanı Azərbaycanın innovasiyası sayılan “Asan İmza” mobil elektron imza və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının tətbiqi və işlənilməsi nəticələri ilə tanış edəcəkdir.

Məlum olduğu kimi “Asan İmza” mobil identitet və imza xidməti dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz şəkildə əlyetərlilik imkanı təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. “Asan İmza” şəxsiyyəti identifikasiya etməyə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əl imzasına bərabər tutulan elektron imza ilə imzalamağa imkan verir, bu isə imzanı elektron xidmətlərin inkişafı məsələlərində üstün alətlərdən edir. Bu gün “Asan İmza” vasitəsilə elektron vergi bəyannamələrinin verilişi, gömrük xidmətində məhsulların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələri haqqında bildirişlərin qeydiyyatı, abituriyentlərin on-line qeydiyyatı və s. həyata keçirilir. “Asan İmza” eyni zamanda özündə yeni inqilabi transsərhəd layihəni əks etdirir.

Bundan əlavə xanım Yana Krimpe forum iştirakçılarını Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən Azexport.az portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla innovativ Azərbaycanın son nailiyyətləri ilə tanış edəcəkdir. Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı – özəl əməkdaşlıqla birlikdə yaradılan ilk dövlət Start-up-ı və dövlət tərəfindən ilk zəmanət verilən beynəlxalq ticarət meydanıdır. Bu gün Portal Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyir və Alibaba.com, eBay.com, Wholesale, Amazon, All.biz kimi dünya elektron ticarət şirkətləri ilə çalışır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında xarici ticarət əməliyyatlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub of Azerbaijan) qismində Azexport.az portalının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər görülməkdədir. Bu Sərəncama əsasən “Asan İmza” dünya üzrə Azərbaycanın bütün diplomatik nümayəndəliklərində xarici vətəndaşlara təqdim olunacaqdır.

Sonda onu da qeyd edək ki, 4-cü Şərq tərəfdaşlığı biznes-forumu cari ilin noyabr ayının 24-də Brüsseldə illik "Şərq tərəfdaşlığı" Sammitinin keçiriləcəyini də nəzərdə tutmuşdur. Rəsmi mənbələr bu Sammitdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak edəcəyi haqqında məlumatları təsdiqləyiblər.

"Şərq tərəfdaşlığı" proqramına Avropa İttifaqı tərəfindən 2009-cu ildən start verilmişdir. Proqramın əsas məqsədi Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Belarusiya və s. bu kimi keçmiş SSRİ ölkələri arasında inteqrasiya əlaqələrinin inkişaf etdirilməsinə yönəldilmişdir. Proqram Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi, azad ticarət zonalarının dərinləşdirilməsi, tərəfdaş ölkələrin qanunvericiliyinin uyğunlaşdırılması və institusional bazalarının möhkəmləndirilməsi prosesinə dəstək, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı nəzərdə tutur.

Şərq tərəfdaşlığı üzrə 4-cü biznes-forumu haqqında ətraflı məlumat üçün bax: http://www.eap-businessforum.eu

 

Bütün xəbərlər