Aralıq dənizi sahillərində göyərtəsində 40-dan çox miqrantın olduğu qayıq batıb

17:12 - 17.06.2018


17 iyun, Fineko/abc.az.  Aralıq dənizi sahillərində göyərtəsində 40-dan çox miqrantın olduğu qayıq batıb.

Fineko/abc.az "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, İspaniyanın cənub-şərq sahilləri yaxınlığında batan qayıqda 47 miqrant olub.

İspaniya Xilasetmə Xidməti 4 nəfəri xilas edib, digər miqrantların axtarışı davam edir.

 

Bütün xəbərlər