Prezident onunla bağlı Sərəncam verdi

16:52 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Arif Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, fevralın 20-si Arif Babayevin 85 yaşı tamam olub.

Bütün xəbərlər