Prezident Məleykə Abbaszadə ilə bağlı Sərəncam verdi

16:58 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev M.M.Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Məleykə Mehdi qızı Abbaszadə “Şərəf” ordeni ilə təltif edilsin".

Bütün xəbərlər