Qarabağdakı yeraltı hərbi kommunikasiyalar necə aşkar ediləcək?

17:11 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla və aerokosmik məlumatlar əsasında aşkar edilə bilər.

ABC.AZ "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının müəllimi professor Fuad Hacızadə deyib.

O, işğal zamanından qalmış yeraltı hərbi kommunikasiyaların aşkar edilməsinin vacib olduğunu bildirib: “Biz kafedra olaraq bu işi hərtərəfli araşdırmışıq və tədqiqatımız davam edir. Qarabağdakı əməliyyatın aktiv mərhələsi bitdikdən sonra, kompleks geofiziki və aerokosmik (o cümlədən, PUA-lardan istfadə) üsullardan istifadə edərək tunellərin aşkar edilməsi və xəritələşdirilməsi mümkündür”.

Professor xatırladıb ki, 30 ilə yaxın işğal dövründə Ermənistan ordusu və silahlı birləşmələri tərəfindən Qarabağ ərazisində çoxlu sayda yeraltı hərbi kommunikasiya xətləri çəkilib.

F.Hacızadənin sözlərinə görə, onların bəziləri aşkar edilsə də, mütəxəssislər hesab edirlər ki, yeraltı hərbi kommunikasiya xətlərinin böyük əksəriyyəti hələ aşkar olunmayıb.

Bütün xəbərlər