Bu günə qədər İKZF 42560 borcalana kredit verib

17:21 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 42 560 borcalana 2 milyard 442,505 milyon manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 349,759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 224 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Bütün xəbərlər