XİN: "Yaponiyadakı zəlzələdə həlak olanlar və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur"

11:29 - 18.06.2018


18 iyun, Fineko/abc.az. Yaponiyada baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyindən verilən məlumata görə, Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb.

Yaponiyadakı səfirliyimiz məsələni diqqətdə saxlayır.

Bütün xəbərlər