Azərbaycan üçpilləli gömrük tarifləri sisteminə keçid barədə müzakirələri yenilədi

15:40 - 25.10.2017


Azərbaycanda üçpilləli gömrük tarifləri sistemi təkmilləşdiriləcək.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin sözlərinə görə,  üçpilləli gömrük tarifləri sisteminə keçid barədə müzakirələr yenidən başlayır.

“Təkliflər, daxili istehsal maraqları və  ölkədən valyuta axınının qarşısının alınması üzrə tədbirlər nəzərə alınmaqla,  idxal edilən xammala və mallara gömrük rüsumları dərəcələrinin dəyişilməsini nəzərdə tutur”, - A. Əliyev belə deyib.

Onun sözlərinə görə, artıq bir neçə nazirlik, bu təklif barədə müsbət rəy bildirib. Təklifin qəbul edilməsi artıq hökumətdən asılıdır.

Üçpilləli  gömrük tarifləri sistemi, dərəcələrin 0%, 5% və 15% səviyyəsində tətbiqini nəzərdə tutur.

 

Bütün xəbərlər