İyunun 20-nə gözlənilən hava haqqında məlumat

15:46 - 19.06.2018


19 iyun, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Abşeron yarımadasının şimalındakı çimərliklərdə (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 21-22°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 22-23° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-13° isti, gündüz 18-23° isti təşkil edəcəyi ehtimal olunur.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcəyi gözlənilir.

Bütün xəbərlər