Müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfə artıb

16:57 - 27.02.2023


27 fevral, Fineko/abc.az. Son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb.

ABC.AZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmək haqlarının artımına həsr olunan brifinqdə bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əmək haqqı 1000 manatı keçəcək.

Nazir qeyd edib ki, bəzi müəllimlər daha yüksək maaşı alır: Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır».

E.Əmrullayevin sözlərinə görə, artıq bu il fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 25%-dən çoxunda əmək haqqı 1000 manat və daha yuxarı olacaq.

Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fevralın 1-dən etibarən diaqnostikası aparılan müəllimlərin əmək haqları 10 faiz artırılıb.

 

Bütün xəbərlər