Ağalı kəndi ilə bağlı Prezidentin nümayəndəsindən AÇIQLAMA

15:27 - 6.03.2023


6 mart, Fineko/abc.az. Bu ilin sonunadək Füzuli-Hadrut, Bərdə-Ağdam, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yollarının layihələndirilməsini tamamlamaq planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Əhmədbəyli-Şuşa və Horadiz-Ağbənd avtomobil və dəmir yollarında böyük irəliləyiş əldə olunub.

"Avtomobil yolunun layihələndirilməsi 73, dəmir yolunun layihələndirilməsi isə 33 faiz tamamlanıb", - o deyib.

Hüseynov, həmçinin, Zəngilan rayonunun Ağalı kəndində artıq 86 ailənin yaşadığını xatırladıb.

Bütün xəbərlər