Turizmin inkişafı layihəsi üzrə güzəştli kredit verilib

16:17 - 6.03.2023


6 mart, Fineko/abc.az. Quba rayonunda fəaliyyət göstərən sahibkar İlham Məmmədov turizmin inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.

Fonddan ABC.AZ-a bildirilib ki, layihənin icrası nəticəsində 6 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) vasitəsilə həyata keçirilib.

Bütün xəbərlər