Azərbaycanda dövlət əmlakının 21 obyekti özəlləşdirilib, daha 114 obyekt iyunun 27-də hərraca çıxarılacaq

13:10 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin  özəlləşdirilməsi ilə bağlı daha bir hərrac keçirib.

Komitənin məlumatında  bildirilir ki, hərracda 21 obyekt özəlləşdirilib.

“Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, 114 obyektin çıxarılacağı növbəti hərrac 27 iyun tarixində keçiriləcək.

 

Bütün xəbərlər