Depozit hərracında 12 gün müddətinə 350 milyon AZN cəlb edilib

14:25 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracı keçirib.

AMB-in məlumatında deyilir ki, hərracda 350 milyon manat cəlb edilib.

“Depozit hərracına 843,8 milyon manat təklif edilmişdir. Orta  ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.

Vəsaitlər 12 gün müddətinə cəlb edilmişdir.

 

Bütün xəbərlər