Valyuta hərracında dolların ortaçəkili məzənnəsi dəyişmədi

14:26 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“İyunun 20-də Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - məlumatda belə deyilir.

İyunun 14-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər