Sabirabadda istixana təsərrüfatının yaradılmasına bu qədər pul ayrıldı

12:29 - 10.03.2023


10 mart, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu müasir istixana təsərrüfatının yaradılması üçün 1 milyon manat güzəştli kredit ayırıb.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

M.Cabbarov qeyd edib ki, regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün "Greener" MMC-yə güzəştli kredit verilib.

Bütün xəbərlər