Azərbaycanın Dövlət Gömrük Komitəsi yanvar-may aylarında dövlət büdcəsinə 1,3 milyard manatdan çox vəsait köçürüb

16:16 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) yanvar-may aylarında dövlət büdcəsinə 1 325 636,7 min manat köçürüb.

DGK-in məlumatında deyilir ki, yanvar ayında Komitə xətti ilə dövlət büdcəsinə 226 088,3 min manat, fevralda 219 663,6 min manat, martda 281 238,10 min manat, apreldə  300 591,9 min manat, may ayında isə 298054,8 min manat köçürülüb.

“Gömrük rüsumları üzrə may ayında 77 457,8 min manat, ƏDV üzrə 201 948,5 min manat, aksiz vergi üzrə 15 503 min manat, yol vergisi üzrə 3 145,5 min manat köçürülüb”, - məlumatda belə deyilir.

Azərbaycanın Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2 608 milyon manat köçürüb.

 

Bütün xəbərlər